Kilyan Mbappe gələcək karyerası ilə bağlı qərarını verib
Əziz Əzizli
PSJ-nin hücumçusu Kilyan Mbappe gələcək karyerası barədə qərar verib. Fransalı futbolçu 2024-cü ilin yayında "Real"a transfer olunmağı planlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Edu Agirre məlumat verib. Onun sözlərinə görə, o, bu mövsümü Parisdə keçirəcəyini və gələn ilin yayında Madrid klubunun futbolçusu olmaq istədiyini ətrafına açıqlayıb. Mbappe “kral klubu”na keçməkdə israrlıdır. Başqa variantları nəzərdən keçirməyəcək.
Qeyd edək ki, Kilyanın PSJ ilə müqaviləsi iyunun 30-da başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net