17 Avqust 2023, 17:29
Pep Qvardiola Mirça Luçeskunu geridə qoydu

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola məşqçi kimi daha bir uğura imza atıb.
"Operativ Media" xəbər verir ki, O, peşəkar futbol tarixində ən çox kubok qazanan ikinci məşqçi olub. Ötən gecə "Siti" ilə UEFA Superkubokunda qalib olması ispaniyalı mütəxəssisə 15 illik məşqçilik karyerasında 36-cı titulu qazandırıb. O, 42 ildə 35 kubok qazanan rumıniyalı Mirça Luçeskudan ikinci pilləni təhvil alıb. Siyahıya Ser Aleks Ferqyuson başçılıq edir. Şotlandiyalı sabiq məşqçi 39 ildə 49 titul qazanıb.