Azərbaycanın 6 cüdoçusu Zaqreb Qran Pri turnirində mübarizə aparacaq

Əziz Əzizli
Azərbaycanın 6 cüdoçusu Zaqreb Qran Pri turnirində mübarizə aparacaq

Avqustun 18-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran Pri turniri start götürür. 

"Operativ Media" xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsində 6 Azərbaycan cüdoçusu tatamiyə çıxacaq. Qadınlar arasında -48 kq. çəkidə Leyla Əliyeva və -52 kq. çəkidə Gültac Məmmədəliyeva medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında isə -60 kq. çəkidə Nazir Talıbov və Əhməd Yusifov, -66 kq. çəkidə Kəramət Hüseynov və Kamran Süleymanov güclərini sınayacaq.

Digər xəbərlər