http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Zirədə yeni təmir edilmiş cüdo zalı fəaliyyətə başlayıb

18 Avqust 2023 , 12:01
Zirədə yeni təmir edilmiş cüdo zalı fəaliyyətə başlayıb

Müxtəlif regionlarda cüdo idman növü üzrə infrastrukturun təkmilləşdirilməsi və inkişafı Azərbaycan Cüdo Federasiyasının (ACF) əsas fəaliyyət istiqamətlərindən biridir.

ACF-dən "Operativ Media"ya verilən məlumata görə, qurum ötən ilin əvvəlindən respublikanın müxtəlif regionlarında idman klublarının bərpasını və təmirini həyata keçirib.

Avqustun 17-də isə Zirə İdman Kompleksində yeni təmir edilmiş cüdo zalı istifadəyə verilib. ACF-in vitse-prezidenti Elnur Məmmədli, baş katib Rəşad Rəsullu, qurumun prezidentinin müşaviri Natiq Bağırov, Zirə İdman Kompleksinin direktoru Vüsal Məmmədov, Zirə kəndinin nümayəndələri və digər rəsmi şəxslər cüdo zalında yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, federasiya tərəfindən yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 210 kvadrat metr təşkil edir və bir “dojo” (cüdo məşq zalı) var. Cüdo zalında idmançılar üçün bütün zəruri şərait təmin edilib. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.

İndiyə qədər Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabadda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonunda isə cüdo zallarının təmiri davam etməkdədir. Həmçinin son bir il müddətində ACF tərəfindən 80-dən çox cüdo idman zalına 4000-dən çox tatami paylanılması reallaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

XƏBƏR LENTİ
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Menyu