Harri Keyn komanda yoldaşını müdafiə etdi
Əziz Əzizli
“Bayern”in hücumçusu Harri Keyn Almaniya superkuboku uğrunda “Leyptsiq”lə oyundan (0:3) sonra sosial şəbəkədə irqçi təhqirlərin qurbanı olan komanda yoldaşı Matis Teli dəstəkləyib.
"Operativ Media" xəbər verir ki, ingiltərəli hücumçu, komanda yoldaşları ilə birlikdə Teli dəstəklədiklərini bildirib:
“Telə qarşı irqçi söyüşlər? Bu, qəbuledilməzdir. Matisin cəmi 18 yaşı var. “Leyptsiq”lə qarşılaşmada onu parlaq gələcək gözlədiyini göstərdi. O, böyük istedaddır. Bu qondarma fanatlara və sosial şəbəkədəki şərhlərə dözmək olmaz. Biz hamımız Matisi dəstəkləyirik. Komanda yoldaşlarım və mən həmişə onunla hissləri barədə danışmağa hazırıq. Bir daha deyirəm, bu, qəbuledilməzdir!”
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net