Bakıda çoxmərtəbəli binada yanğın zamanı 2 nəfər xəsarət alıb

Operativ Media
Bakıda çoxmərtəbəli binada yanğın zamanı 2 nəfər xəsarət alıb

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər bina sakini yüngül xəsarət alıb.

Bu barədə"Operativ Media" ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. 

Digər xəbərlər