Argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi "İnter Mayami" Şimali və Cənubi Amerika Klublarının Liqa Kubokunda final oyununa çıxıb.
"Operativ Media" xəbər verir ki, sözügedən komanda "Neşvill"lə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabıyla başa çatan matçın qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə daha dəqiq olan "İnter Mayami" çempion olub.
Bu, Messinin karyerasında 44-cü kuboku olub. 35 yaşlı hücumçu tarixin ən titullu oyunçusu adına yiyələnib.






