Azərbaycan Premyer Liqasının III turunun oyunlarını izləmiş azarkeş sayı bəlli olub.
"Operativ Media" xəbər verir ki, ən çox azarkeş dünən Masazırda keçirilən "Sabah" - "Neftçi" oyununda qeydə alınıb. 1:1 hesabıyla başa çatan görüşü 2480 tamaşaçı tribunadan izləyib.
Ən aşağı göstərici isə "Səbail" - "Zirə" matçında olub. Qonaqların qələbə qazandığı görüşdə 700 tamaşaçı olub.
Turun oyunlarını ümumilikdə 6,400 azarkeş arenadan izləyib.