İngiltərə çempionu, kubokun qalibi, Çempionlar Liqası kubokunun qalibi, Avropa Superkubokunun qalibi "Mançester Siti" Fransa "Ren"inin və Belçika millisinin hücumameyilli yarımmüdafiəçisi Ceremi Dokunu alacaq.
"Operativ Media" xəbər verir ki,Mançester klubu 21 yaşlı futbolçu üçün 55-60 milyon avro təklif edib.
Ceremi Doku artıq kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komandaya qoşulmağa razılaşıb.
"Mançester Siti" Ceremi Dokunu Səudiyyə Ərəbistanına keçən əlcəzairli hücumçu Riyad Mahrezin əvəzləyicisi hesab edir.






