"Sabah" Ayaz Quliyevi transfer edir
Əziz Əzizli
"Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını “Sabah”da davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın "Sport-ekspress" nəşri məlumat yayıb.
Bildirilib ki, A.Quliyev Rusiya 1-ci liqa təmsilçisində fərdi proqram üzrə məşq edir. Ancaq onun hər hansı zədəsi yoxdur.
Qeyd edək ki, A.Quliyev sonuncu dəfə iyulun 17-də Birinci Liqanın 1-ci turunun "Tümen"lə oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb.
Xatırladaq ki, daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat qiyməti məsələsində klublar razılığa gəlməmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net