PSJ yay transfer pəncərəsində fransız hücumçu Kilian Mbappeni satmağa hazırdır.
"Operativ Media" AS nəşrinə istinadən xəbər verir ki, PSJ rəhbərliyinin futbolçunu 250 milyon avro qarşılığında buraxmağa hazırdır. Qeyd olunub ki, PSJ hələ də “Real Madrid”dən təklif gözləyir. Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləni 2024/2025 mövsümü üçün avtomatik uzatmaq variantından imtina etdiyi və 2024-cü ilin yayında azad agent ola biləcəyi məlum olub.
Mətbuatda yayılan xəbərlərə görə, hücumçu bu yay transfer pəncərəsində “Real Madrid”ə keçmək istəyir. Mbappe özü növbəti mövsümü PSJ-də keçirməyi planlaşdırdığını deyir.






