Menyu

"Qarabağ" Braziliya millisinin sabiq üzvü ilə maraqlanır

Əziz Əzizli
"Qarabağ" Braziliya millisinin sabiq üzvü ilə maraqlanır

"Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirə bilər.

"Operativ Media" “transfermarkt” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Braziliya “Kuritiba”sının yarımmüdafiəçisi Qabriel Boşilya ilə maraqlanır. Mənbə iddia edir ki, “köhlən atlar” artıq 27 yaşlı futbolçu ilə anlaşıb. Hazırda klublar arasında danışıqlar davam edir.

Boşilya karyerası ərzində Fransanın “Monako”, “Nant” kimi klublarında çıxış edib. O, 2022-ci ildə ölkəsinin “İnternasional” komandasından “Kuritiba”ya keçib. Onun klubu ilə müqaviləsi bu ilin dekabr ayının sonuna qədərdi. 

27 yaşlı yarımmüdafiəçi Braziliyalı U-20 millisində də forma geyinib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər