http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanın daha 2 boksçusu Avropa birinciliyinin yarımfinalına vəsiqə qazanıb

23 Avqust 2023 , 09:43
Azərbaycanın daha 2 boksçusu Avropa birinciliyinin yarımfinalına vəsiqə qazanıb

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşləri başa çatıb. Görüşlərin yekununa əsasən yarımfinala Azərbaycan millisinin daha 2 idmançısı vəsiqə əldə edib.

"Operativ Media" xəbər verir ki, Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kq-da mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.

Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

Bununla da Azərbaycan millisinin 1/2 finala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Aslanovla Zalovdan öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıb.

Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR
ÇL: Həftənin oyunçusu məlum oldu

ÇL: Həftənin oyunçusu məlum oldu

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

XƏBƏR LENTİ
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
Menyu