Menyu

Fransa ECOWAS-ın Nigerdəki hərbi əməliyyatını dəstəkləyəcək

Fransa ECOWAS-ın Nigerdəki hərbi əməliyyatını dəstəkləyəcək
1 dəq oxu

"Fransa Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) Nigerdə konstitusiya nizamını bərpa etmək üçün göstərdiyi istənilən səyləri, o cümlədən hərbi müdaxiləni dəstəkləməyə hazırdır".

"Operativ Media" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

"Biz ECOWAS-ın diplomatik və mümkün hərbi fəaliyyətini dəstəkləyirik. Paris qanuni olaraq seçilmiş prezident Məhəmməd Bazuma dəstəyindən əl çəkməyəcək", - Makron deyib.

Fransa prezidenti Niger sakinlərini xuntanın Fransanın Nigerin düşməni olması barədə söylədiklərinə aldanmamağa çağırıb. 

Əlaqəli Xəbərlər