Menyu

Bloomberg: Ərdoğan sentyabrın 8-də Putinlə görüşməyi planlaşdırır

Bloomberg: Ərdoğan sentyabrın 8-də Putinlə görüşməyi planlaşdırır
1 dəq oxu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə “Bloomberg” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşməyi və onunla taxıl müqaviləsini müzakirə etməyi planlaşdırır. Agentliyin məlumatına görə, Ərdoğan Rusiyaya səfərindən sonra Yeni Dehlidə keçiriləcək G20 sammitinə yollanacaq.

Türkiyə prezidentinin ofisi bu məlumatı şərh etməyib.
 

Əlaqəli Xəbərlər