Menyu

Türkiyədə ağır qəza baş verib: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Türkiyədə ağır qəza baş verib: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Antalya-İsparta yolunda su daşıyan maşın və 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, 112 Təcili Yardım Mərkəzinə məlumat verildikdən sonra bölgəyə çoxlu sağlamlıq, polis və jandarma qrupları göndərilib.

Qəza yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralılar təcili yardımla Bucak Dövlət Xəstəxanasına aparılıb. Bir nəfər isə hadisə yerində ölüb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, su daşıyan maşın baş verən meşə yanğınlarını söndürmək üçün yanğın olan ərazilərə gedirmiş. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər