Cənubi Koreya 2024-cü il büdcəsində Ukraynaya 393 milyon dollar ayırıb
Nərmin Qocamanlı
Cənubi Koreya hökuməti gələn ilin büdcə təklifini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, gələn il büdcədə Ukraynaya dəstək üçün 393 milyon dollar ayrılıb.
Qeyd edək ki, bu rəqəm 2023-cü ildə eyni ölkə üçün ayrılan büdcədən 8 dəfə çoxdur.
Ukraynaya dəstək üçün ayrılması nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.
Teqlər:
"C\u0259nubi Koreya 2024-c\u00fc il b\u00fcdc\u0259sind\u0259 Ukraynaya 393 milyon dollar ay\u0131r\u0131b"