"Vaqner" hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimi Sankt-Peterburq qəbiristanlıqlarının birində keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Priqojinin “Konkord” adlı şirkətindən açıqlamada verilib.
Qeyd edilib ki, avqustun 23-də Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Priqojinin dəfn mərasimi qapalı şəkildə həyata keçirilib: "Onunla vidalaşmaq istəyənlər Porohovskoye qəbiristanlığını ziyarət edə bilərlər".
Kremlin sözçüsü Dmitriy Peskov bu gün verdiyi açıqlamada Priqojinin dəfni ilə bağlı qərarın onun yaxınları tərəfindən verildiyini və Rusiya prezidenti Vladimir Putinin mərasimdə iştirak etməyəcəyini bildirib.