ABŞ Kiyevə 250 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb
Redaksiya
Birləşmiş Ştatlar Administrasiyası Ukraynaya daha 250 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.
Qeyd edilib ki, paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün mərmilər, hava hücumundan müdafiə sistemləri üçün raketlər və artilleriya sursatları daxil edilib.
"Bu gün biz öz ərazisini və xalqını müdafiə edən Ukraynaya növbəti hərbi yardım paketini elan edirik. Bu paketə Ukraynaya döyüş meydanında kömək edəcək mühüm avadanlıq daxildir. Buraya hava hücumundan müdafiə üçün AIM-9M raketləri, HIMARS üçün mərmilər və artilleriya sursatları, minatəmizləmə avadanlığı, tank əleyhinə raket sistemləri Javelin və digər tank əleyhinə sistemlər və raketlər, atıcı silahlar üçün 3 milyondan çox patron, təcili yardım maşınları daxil olunub", - Blinken bildirib.
Teqlər:
"AB\u015e Kiyev\u0259 250 milyon dollarl\u0131q yeni h\u0259rbi yard\u0131m paketi ay\u0131r\u0131b"