"Dünya qlobal fəlakətə əvvəlkindən daha yaxındır və nüvə silahından istənilən istifadə vəziyyəti nəzarətdən çıxaracaq".
"Operativ Media" xəbər verir ki, bunu BMT Baş Assambleyasının prezidenti Çaba Korosi bildirib.
"Qlobal hərbi xərclər 2022-ci ildə rekord həddə - 2,2 trilyon dollara çatıb. Biz NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi - red.) şərtlərinə zidd olaraq, nüvə ehtiyatlarının və imkanların artdığının bir çox nümunələrini görürük", - o, BMT Baş Assambleyasının iclasında deyib.
"Biz bu əsrdə qlobal fəlakətə daha çox yaxınlaşırıq. Bununla belə, nüvə silahlarına yatırım etməklə bəşəriyyət üçün qurduğumuz dəhşətli tələni görə bilmirik", - Korosi vurğulayıb.
Onun sözlərinə görə, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi (CTBT) beynəlxalq tərksilah strukturunun əsas elementidir: "Biz yadda saxlamalıyıq ki, hər hansı bir nüvə silahının istənilən məqsəd üçün istifadəsi dərhal nəzarətdən çıxacaq. "Məhdud nüvə müharibəsi" deyilən bir şey yoxdur".