Menyu

BMT-nin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Türkiyəyə gələcək

BMT-nin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Türkiyəyə gələcək
1 dəq oxu

"Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə müavini Miroslav Yença 30-31 avqust tarixlərində Ankaraya səfər edəcək və səlahiyyətlilərlə görüşəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Düjarrik Yençanın 27-29 avqust tarixləri arasında Kiprdə iki tərəfli danışıqlar apardığını qeyd edib: "Səfər BMT-nin Kipr probleminin həlli üçün tərəflər arasında ortaq nöqtələrin tapılmasına yönəlmiş təmasları çərçivəsində baş tutdu".

Düjarrik bildirib ki, danışıqlar zamanı bölgədəki son hadisələr və BMT-nin Sülhməramlı Qüvvələrinin (UNFICYP) Kiprdəki mandatı müzakirə olunub.

Əlaqəli Xəbərlər