Menyu

3M şirkəti 6 milyard dollar cərimə edilib

3M şirkəti 6 milyard dollar cərimə edilib

ABŞ-nin böyük sənaye şirkətlərindən biri olan 3M ABŞ ordusuna eşitmə problemlərinə səbəb olan qüsurlu qulaq tıxacları satdığı üçün 6 milyard dollar cərimələnib.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Açıqlamada iddiaçı tərəfin vəkilləri ilə əldə edilən razılaşma çərçivəsində 3M-in 2029-cu ilə qədər cəmi 6 milyard dollar ödəmə edəcəyi, bunun 5 milyard dollarının nağd, 1 milyard dollarının isə səhmlər şəklində olacağı qeyd edilib.

"Sözügedən məhsullar düzgün istifadə edildikdə təhlükəsiz və effektivdir. Razılaşmanın müəyyən şərtləri yerinə yetirilmədiyi təqdirdə 3M özünü müdafiə etməyə hazırdır", - məlumatda deyilir.

Sözügedən "Combat Arms" qulaq tıxacları 3M-in 2008-ci ildə aldığı "Aearo Technologies" tərəfindən istehsal edilmişdir. Bu qulaq tıxacları 2003-2015-ci illər arasında Əfqanıstan və İraq da daxil olmaqla ABŞ ordusu tərəfindən təlim və münaqişələrdə istifadə edilib.

Teqlər:

"3M \u015firk\u0259ti 6 milyard dollar c\u0259rim\u0259 edilib"

Əlaqəli Xəbərlər