Menyu

KİV: Qabondakı üsyançılar yeni lider seçməyə hazırlaşır

KİV: Qabondakı üsyançılar yeni lider seçməyə hazırlaşır

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər günün sonuna qədər lider seçəcəklər.

"Operativ Media" xəbər verir ki, bunu Respublika Qvardiyasının rəhbəri general Brice Clotaire Oliqui Nguema Fransanın "Le Monde" qəzetinə bildirib.

Onun sözlərinə görə, Qabon generalları keçid dövründə ölkəni kimin idarə edəcəyinə dair qərar vermək üçün çərşənbə günü iclas keçirəcəklər.

Bundan əvvəl Qabon silahlı qüvvələrinin bir qrup yüksək rütbəli zabiti dövlət televiziyası vasitəsilə ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan etmişdilər. Üsyançılar Mərkəzi Afrika ölkəsinin təhlükəsizlik güclərində, silahlı qüvvələrində və polisində xidmət edən zabitlərdən, həmçinin milli qvardiya və prezident qvardiyasının üzvlərindən ibarətdir. 

Hazırkı prezident Əli Bonqo Ondimbanın qalib gəldiyi prezident seçkilərinin nəticələri ləğv edilib. Hərbçilər prezidentin ev dustağı olduğunu bildiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər