Menyu

Belarus ordusuna daha bir “İsgəndər-M” taktiki raket kompleksi verilib

Belarus ordusuna daha bir “İsgəndər-M” taktiki raket kompleksi verilib

Daha bir “İsgəndər” raket kompleksi Belarus Silahlı Qüvvələrinə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bildirib.

“İsgəndər-M” taktiki raket kompleksinin daha bir dəsti Belarus ordusuna təhvil verilib”, - nazirliyin mətbuat xidmətindən qeyd edilib.

Qeyd edilib ki, ekipaj raketdən istifadə üzrə Rusiyada tam təlim kursu keçib.

Əlavə edək ki, 2022-ci il dekabrın 19-da Belarus prezidenti Aleksandr Lukaşenko respublikada S-400 və İsgəndər raket sistemlərinin istismara verildiyini elan edib. Dekabrın sonunda Müdafiə Nazirliyi bəyan edib ki, Belarusun “İskəndər” və S-400 ekipajları Rusiya-Belarus birgə təlim mərkəzlərində tam hazırlıq kursu keçiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər