Qabondakı üsyançılar müvəqqəti hökumətin başçısını təyin edib
Qabonda hakimiyyəti ələ keçirən hərbi zabitlər Respublika Qvardiyasının rəhbəri general Brice Oliqui Nquemanı keçid dövrünün lideri təyin ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bundan əvvəl Qabon silahlı qüvvələrinin bir qrup yüksək rütbəli zabiti dövlət televiziyası vasitəsilə ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan etmişdilər. Üsyançılar Mərkəzi Afrika ölkəsinin təhlükəsizlik güclərində, silahlı qüvvələrində və polisində xidmət edən zabitlərdən, həmçinin milli qvardiya və prezident qvardiyasının üzvlərindən ibarətdir. Üsyançılar avqustun 26-da prezident Əli Bonqo Ondimbanın yenidən dövlət başçısı seçilməsi ilə nəticələnən prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər prezidentin ev dustağı olduğunu bildiriblər.