Orban: Avropada təhlükəsizlik Rusiyanın iştirakı ilə mümkündür
"Avropanın təhlükəsizliyinin təmin edilməsi yalnız Rusiyanın iştirakı ilə mümkündür".
"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
"Mənim şəxsi fikrim odur ki, rusları Avropanın təhlükəsizlik arxitekturasına cəlb etmədən biz Avropa vətəndaşlarına təhlükəsiz həyat təmin edə bilmərik", - Orban deyib.
Macarıstanın baş naziri Rusiyanın maraqlarından çıxış etdiyi barədə bəyanatlarla razılaşmayıb: "Mən ruslarla xüsusilə iqtisadiyyat və enerji sahəsində rasional münasibət qurmağa çalışıram".
Orban onu da vurğulayıb ki, hazırda Rusiyaya qarşı dayanan NATO alyansı deyil, ilk növbədə Vaşinqtondur.
"Biz nə baş verdiyini aydınlaşdırmalıyıq. Ukraynalıları dəstəkləmək NATO-nun deyil, ABŞ-nin xarici siyasətidir. Bu, böyük fərqdir", - o deyib.
Teqlər:
"Orban: Avropada t\u0259hl\u00fck\u0259sizlik Rusiyan\u0131n i\u015ftirak\u0131 il\u0259 m\u00fcmk\u00fcnd\u00fcr"