Menyu

Türkiyədə ağır yol qəzası olub, 2 nəfər ölüb

Türkiyədə ağır yol qəzası olub, 2 nəfər ölüb

Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda avtomobilin dərəyə aşması nəticəsində sürücü və atası həyatını itirib, daha 2 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Belə ki, Nurullah Özkan adlı şəxsin idarə etdiyi avtomobil Dənizli-Afyonkarahisar avtomobil yolunun yaxınlığında dərəyə aşıb.

Qəza yerinə 112 Təcili Tibbi Yardım, xilasetmə və polis qrupları sövq edilib.

Qəza nəticəsində sürücü və atası Halil İbrahim Özkan hadisə yerində dünyasını dəyişib.

Yaralılar Elif Özkan və Ecrin Yağmur Özkan yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb, daha sonra təcili yardım qrupları onları Dənizli Dövlət Xəstəxanasına aparıb.

Teqlər:

"T\u00fcrkiy\u0259d\u0259 a\u011f\u0131r yol q\u0259zas\u0131 olub 2 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər