Menyu

Zelenski Ukraynanın 160 ədəd F-16-ya ehtiyacı olduğunu bildirib

Zelenski Ukraynanın 160 ədəd F-16-ya ehtiyacı olduğunu bildirib

"Kiyevə təxminən 160 ədəd F-16 qırıcı təyyarəsi lazımdır".

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Avqustun 30-da Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Ukrayna ordusunun hava hücumlarına qarşı döyüş tapşırıqlarını yerinə yetirməsi üçün 60 ədəd F-16 kifayət edəcək. Eyni zamanda, ölkə rəsmiləri daha əvvəl SSRİ istehsalı olan qırıcıları Qərb qırıcıları ilə əvəz etməklə, hava qüvvələrini yenidən silahlandırmaq üçün 128 ədəd F-16-ya ehtiyac olduğunu bildirmişdi.

"Bu gün artıq 50-60 təyyarə ilə bağlı müqavilələrimiz var. Ancaq onlar çatdırılmayacaq. Ümumilikdə, Rusiyanın səmada hökmranlıq etməsinə mane olacaq güclü hava donanmasına sahib olmaq üçün bizə təxminən 160 ədəd F-16 lazımdır", - deyə Zelenski Portuqaliyanın RTP telekanalına müsahibəsində bildirib.
 

Teqlər:

"Zelenski Ukraynan\u0131n 160 \u0259d\u0259d F-16-ya ehtiyac\u0131 oldu\u011funu bildirib"

Əlaqəli Xəbərlər