Menyu

Hakan Fidan Sergey Şoyqu ilə görüşəcək

Hakan Fidan Sergey Şoyqu ilə görüşəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə H.Fidan Moskvada mətbuat konfransı zamanı deyib.

"Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar apardım, həmkarıma göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirəm. Sabah Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcəyəm", - o deyib.

Qeyd edilib ki, bugünkü müzakirələrin əsas mövzuları taxıl müqaviləsi, Ukraynadakı vəziyyət, ikitərəfli münasibətlər, Suriya və Cənubi Qafqazdakı vəziyyət olub.

Nazirlər bildiriblər ki, onların görüşü prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin yaxın vaxtlarda Soçidə baş tutması gözlənilən görüşünə hazırlıq xarakteri daşıyır.

Teqlər:

"Hakan Fidan Sergey \u015eoyqu il\u0259 g\u00f6r\u00fc\u015f\u0259c\u0259k"

Əlaqəli Xəbərlər