Muğla sahillərində 57 immiqrant xilas edilib
Türkiyənin Muğla vilayətinin Bodrum və Datça rayonları sahillərində 57 immiqrant xilas edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Bodrum və Datça rayonları sahillərində müxtəlif vaxtlarda rezin qayıqlarda qeyri-qanuni mühacirlərin aşkar edildiyi barədə Komandanlığa xəbər daxil olub. Bundan sonra Sahil Təhlükəsizlik katerləri bölgəyə göndərilib.
Ekipajlar Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılmış rezin qayıqlarda olan 57 immiqrantı xilas edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net