Menyu

Çin XİN: 3-cü "Bir kəmər, bir yol" sammiti keçiriləcək

Çin XİN: 3-cü "Bir kəmər, bir yol" sammiti keçiriləcək
1 dəq oxu

Çində oktyabr ayında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlığa dair 3-cü sammit keçiriləcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin brifinqdə bildirib.

"Çin bu ilin oktyabr ayında Pekində 3-cü "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Sammitinə ev sahibliyi edəcək və bu, təşəbbüs çərçivəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma olacaq", - rəsmi bildirib.

Qeyd edək ki, 2017-ci ilin may ayında Pekində Avrasiya, Afrika və Latın Amerikasının 30 ölkəsinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə 1-ci "Bir kəmər, bir yol" Forumu keçirilib. 2-ci forum 2019-cu ilin aprelində baş tutub.

Əlaqəli Xəbərlər