Borrell: Aİ 10 yeni üzv dövləti qəbul etməyə hazır olmalıdır
Avropa İttifaqı (Aİ) 10 yeni dövlətin qəbulu ilə genişlənməyə hazır olmalı və hazırlıqları sürətləndirmək məqsədilə onların qəbulu üçün vaxt məsələsini müzakirə etməlidir.
"Operativ Media" xəbər verir ki, bunu Aİ-nin Ali Nümayəndəsi Josep Borrell Aİ xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.
Borrelin sözlərinə görə, Aİ-yə yeni üzv ölkələrin siyahısında Ukrayna və Qərbi Balkan ölkələri yer almalıdır. O, Ukraynadakı münaqişənin Avropa İttifaqının genişlənməsi prosesinə doğru sürətləndiyini iddia edib.
Teqlər:
"Borrell: A\u0130 10 yeni \u00fczv d\u00f6vl\u0259ti q\u0259bul etm\u0259y\u0259 haz\u0131r olmal\u0131d\u0131r"