BMT: Qabondakı hadisələri yaxından izləməyə davam edəcəyik
Birləşmiş Millətlər Təşkilatı Qabondakı çevrilişdən sonra baş verənləri yaxından izləməyə davam edəcəklərini bildirib və tərəfləri təmkinli davranmağa çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani yazılı açıqlama yayıb.
Açıqlamada BMT-nin baş katibi Antonio Quterreşin Qabonda davam edən çevrilişi şiddətlə qınadığını və əsas azadlıqların ciddi şəkildə pozulduğu seçkilərin nəticələrinin açıqlanmasından dərin narahatlığını ifadə etdiyini bildirib.
"Biz beynəlxalq müqavilə öhdəliklərinə uyğun olaraq Qabonda insan hüquqlarının və qanunun aliliyinin tam qorunmasına və ona hörmət edilməsinə, bütün iştirakçıları təmkinlə hərəkət etməyə, zorakılığın bütün formalarını rədd etməyə çağırırıq. Qabondakı hadisələri yaxından izləməyə davam edəcəyik", - Şamdasani qeyd edib.
Teqlər:
"BMT: Qabondak\u0131 hadis\u0259l\u0259ri yax\u0131ndan izl\u0259m\u0259y\u0259 davam ed\u0259c\u0259yik"