Tokayev Qazaxıstanda AES tikintisi ilə bağlı referendumun keçirilməsini təklif edib

Nərmin Qocamanlı
Tokayev Qazaxıstanda AES tikintisi ilə bağlı referendumun keçirilməsini təklif edib

Tokayev Qazaxıstanda atom elektrik stansiyasının tikintisi ilə bağlı referendumun keçirilməsini təklif edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

"Atom elektrik stansiyasının tikintisi və ya tikintisindən imtina ölkəmizin gələcəyi ilə bağlı son dərəcə vacib məsələdir. Ona görə də mən bunu ümumxalq səsverməsinə çıxarmağı təklif edirəm", - prezident bildirib.

Qazaxıstan özünün ilk atom elektrik stansiyasının tikintisi üçün dörd istehsalçının reaktor texnologiyalarını nəzərdən keçirir: Çin CNNC, Koreya KHNP, Fransanın EDF və Rusiyanın Rosatom.

Nərmin Qocamanova

Digər xəbərlər