Menyu

Putin Tsinpinlə görüşməyi planlaşdırır

Putin Tsinpinlə görüşməyi planlaşdırır

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda çinli həmkarı Si Tsinpinlə görüşəcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Tezliklə bəzi tədbirlərimiz və Çin Xalq Respublikasının sədri ilə görüşümüz olacaq", - Rusiya prezidenti açıq mühazirə zamanı deyib.

Putin Çin liderinin onu dostu hesab etdiyini açıqlayıb: "Mən onu dostum adlandırmaqdan məmnunam, çünki o, şəxsən Rusiya-Çin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün böyük işlər görən insandır".

Dövlət başçısı Rusiya ilə Çin arasında humanitar əlaqələrin genişləndirilməsi imkanları barədə sual verən auditoriya üzvlərindən birinə cavabında deyib ki, bu yolda daha nələrin edilə biləcəyini Si ilə mütləq müzakirə edəcək.

Daha əvvəl bildirilmişdi ki, Putin oktyabrda Çində keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak edə bilər.

Teqlər:

"Putin Tsinpinl\u0259 g\u00f6r\u00fc\u015fm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər