Danimarka Rusiya səfirliyinin işçilərini ixtisar edəcək
Danimarka Kopenhagendəki rus diplomatlarının sayını Moskvadakı Danimarka diplomatlarının sayı ilə bərabərləşdirmək üçün azaltmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi bildirib.
"Sentyabrın 1-də Danimarka Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının səfiri Vladimir Barbinə məlumat verdi ki, Rusiyanın Kopenhagendəki səfirliyinin ştat səviyyəsi Danimarkanın Moskvadakı səfirliyinə uyğun səviyyəyə endirilməlidir. Konkret olaraq, bu Qərar Rusiya səfirliyinin sayına maksimum 5 diplomat və 20 inzibati-texniki işçi üçün məhdudiyyət qoyur”, - nazirliyin saytında yerləşdirilən bəyanatda deyilir.
Teqlər:
"Danimarka Rusiya s\u0259firliyinin i\u015f\u00e7il\u0259rini ixtisar ed\u0259c\u0259k"