Menyu

BMT TŞ sentyabrın 20-də Ukrayna ilə bağlı açıq müzakirələr keçirəcək

BMT TŞ sentyabrın 20-də Ukrayna ilə bağlı açıq müzakirələr keçirəcək
1 dəq oxu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) sentyabrın 20-də Ukrayna ilə bağlı açıq müzakirələr keçirəcək.

"Operativ Media" xəbər verir ki, proqramın mövzusu artıq təyin edilib.

Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin effektiv müdafiəsi, Ukraynanın sülh və təhlükəsizliyinin qorunması kimi məsələlər əsas müzakirə mövzusu olacaq.

Görüşdə iştirak edəcək nümayəndələrin səviyyəsi dəqiqləşdirilməsə də, bunun nazirlər görüşü olacağı gözlənilir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin də görüşdə iştirakının gözlənildiyini bildirib.

Əlaqəli Xəbərlər