Menyu

KİV: Ərdoğanın ofisi onun Soçiyə səfər planlarını təsdiqləyib

KİV: Ərdoğanın ofisi onun Soçiyə səfər planlarını təsdiqləyib
1 dəq oxu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə müzakirələr aparmaq üçün Rusiyanın Soçi şəhərinə səfər etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS Türkiyə Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xidmətdən TASS-a verilən məlumata görə, bu səfərin nə vaxt baş tutacağını açıqlamayıb: "Bəli, Rusiyaya, Soçiyə səfər planlaşdırılır. Konkret tarixə gəlincə, səfərin dəqiq nə vaxt olacağını deyə bilmərik. Yekun qərar prezidentdən asılıdır".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, Putin sentyabrın 4-də Soçidə Ərdoğanla danışıqlar aparacaq.

Əlaqəli Xəbərlər