Kirill Budanov: Hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilməlidir
"Döyüşlər Rusiya ərazisinə keçirilməlidir".
"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib.
"Hərbi əməliyyatlar başqa əraziyə keçirilməlidir, bu, əlbəttə ki, bizim üçün Rusiya Federasiyasıdır. Ukraynanın əməliyyatları nə qədər geniş olarsa, bir o qədər yaxşıdır", - Budanov bildirib.
Ancaq bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rada telekanalının efirində meydanda tək qalmamaq üçün hərbi əməliyyatları Rusiya Federasiyasının ərazisinə keçirməkdən ehtiyat etdiyini bildirib.
Teqlər:
"Kirill Budanov: H\u0259rbi \u0259m\u0259liyyatlar Rusiya \u0259razisin\u0259 ke\u00e7irilm\u0259lidir"