Menyu

Suriyada xalq Dəməşq hökumətinə etiraz edir

Suriyada xalq Dəməşq hökumətinə etiraz edir

Suriyanın 5 vilayətində minlərlə insanın iştirakı ilə Dəməşq rəhbərliyinə qarşı etiraz aksiyaları keçirilib.

"Operativ Media" xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Hasəkənin Rəsulayn rayonu, İdlibin Binniş, Maratmisrin və Termen rayonları ilə Hələbin Daret İzze, Mare, Azez, Afrin, Bab, Etarib və Raco bölgələrində, eləcə də Suriya ordusunun nəzarəti altında olan Suveyda və Dera əyalətlərində baş tutan nümayişlərdə minlərlə insan iştirak edib.

Suveyda şəhərinin mərkəzindəki Kerame meydanına toplaşan etirazçılar Suriya prezidenti Bəşər Əsədin istefasını tələb ediblər.

Nümayişçilər “Əsəd istefa” və “Suriya bizimdir, onu heç kimə təhvil verməyəcəyik” şüarları səsləndirib.

Bundan əlavə, şəhərin mərkəzindəki mağaza sahibləri bu gün mağazalarını bağlayaraq nümayişlərə dəstək veriblər.

Qeyd edək ki, avqustun 16-da Dəməşq rəhbərliyi yanacağın qiymətini artırmaq barədə qərar qəbul edib. Bundan bir gün sonra Dera və Suveyda əyalətləri başda olmaqla bir çox bölgədə nümayişlər başlayıb.

Teqlər:

"Suriyada xalq D\u0259m\u0259\u015fq h\u00f6kum\u0259tin\u0259 etiraz edir"

Əlaqəli Xəbərlər