Polşa helikopteri Belarus sərhədini pozub, Minsk açıqlama tələb edib
Belarus Xarici İşlər Nazirliyi Polşanın müvəqqəti işlər vəkili Voyçex Filimonoviçi çağırıb və ondan sərhədi pozan Polşa helikopteri ilə bağlı izahat tələb edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.
“2023-cü il sentyabrın 1-də Polşa silahlı qüvvələrinin helikopteri tərəfindən Belarus Respublikasının dövlət sərhədinin pozulması faktı ilə əlaqədar Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Voyçex Filimonoviç Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Ona bildirilib ki, hadisə ilə bağlı Polşa tərəfindən müvafiq izahatlar verilməli və insidentlə bağlı hərtərəfli araşdırma aparmalı idi”, - Qlaz qeyd edib.
O əlavə edib ki, gələcəkdə belə hadisələrin qarşısını almaq üçün tədbirlər görmək üçün Varşavaya müvafiq müraciət edilib.
Bundan əvvəl respublikanın Dövlət Sərhəd Komitəsi məlumat vermişdi ki, sentyabrın 1-də Polşa hərbi helikopteri Qrodno vilayətinin Berestovitski rayonunda Belarusun dövlət sərhədini pozub.