Con Kirbi: Bayden Tsinpini G20 sammitində görmək istəyir
"ABŞ prezidenti Co Bayden çinli həmkarı Si Tsinpini Yeni Dehlidə keçiriləcək “İyirmilik Qrupu” (G20) sammitində görmək istəyir, lakin oraya gedib-getməmək Tsinpinə bağlı olan qərardır".
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
"Bayden Çin liderini G20-də görmək istəyir, ancaq əlbəttə ki, konfransa gedib-getməmək Sinin verəcəyi qərardır", - Kirbi deyib.
Çinin xarici işlər nazirliyi bir gün əvvəl bildirmişdi ki, Tsinpinin G20 sammitində iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Hindistan 2022-ci il dekabrın 1-dən G20-yə sədrlik edir. Sammit 9 və 10 sentyabr tarixlərində Yeni Dehlidə canlı olaraq keçiriləcək.