Menyu

Cənubi Koreya Şimali Koreyanın "təhlükələrinə" qarşı PUA mərkəzi yaradır

Cənubi Koreya Şimali Koreyanın "təhlükələrinə" qarşı PUA mərkəzi yaradır

Şimali Koreyanın “PUA təhdidləri”nə qarşı pilotsuz uçuş aparatları əməliyyatları aparmaq üçün Cənubi Koreya Baş Qərargahının nəzdində komanda mərkəzi yaradılıb.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, artıq Cənubi Koreya Baş Qərargahında (JCS) ordunun bütün silahlı qüvvələrini əhatə edən Pilotsuz Uçuş Aparatı (PUA) Əməliyyat Komandanlığının yaradılması mərasimi keçirilib.

Prezident Yoon Suk Yeol mərasimdə iştirak etməsə də, açıq məktub göndərib. O, mesajında ​​Şimali Koreyanın pilotsuz vasitələrinə toxunaraq komandanlığın fəaliyyətinin “düşmənə qorxu, xalqa inam” verməsini arzulayıb.

JCS bildirib ki, komandanlığın məqsədi PUA-lardan müxtəlif təhlükələrin, o cümlədən düşmən PUA-ları, nüvə silahları və digər kütləvi qırğın silahlarının qarşısını almaq üçün istifadə etməkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər