Menyu

İranda polis rəisini daşıyan helikopter İraq sərhədində qəzaya uğrayıb

İranda polis rəisini daşıyan helikopter İraq sərhədində qəzaya uğrayıb
1 dəq oxu

İranın qərbində yerləşən Kirmanşah əyalətində polis helikopterinin qəzaya uğraması nəticəsində biri polis rəisi olmaqla 5 polis əməkdaşı yaralanıb.

"Operativ Media" xəbər verir ki, İranın Kirmanşah vilayətinin polis rəisi briqada generalı Mehdi Hacıyan və 4 mühafizəçini daşıyan polis vertolyotu texniki nasazlıq səbəbindən İraq sərhədi yaxınlığındakı Dalahu təpələrində qəzaya uğrayıb.

Qəzada briqada generalı Hacıyan da daxil olmaqla 5 nəfərin yaralandığı, vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Əlaqəli Xəbərlər