Fransa Qabonla hərbi əməkdaşlığı dayandırıb
Fransanın müdafiə naziri Sebastien Lekornu ölkəsinin Qabonla hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, "Le Figaro" qəzetinə danışan Lekornu Qabon və Nigerdəki vəziyyəti dəyərləndirib.
Lekornu qeyd edib: "Qabondakı əsgərlər öz ölkələrində seçki qanununa və konstitusiyaya əməl edilmədiyini iddia ediblər".
Qabondakı seçkilərin etibarlılığı ilə bağlı sualların olduğunu bildirən Lekornu ölkəsinin Qabon ilə hərbi əməkdaşlığı dayandırdığını bəyan edib.
Lekornu Nigerə hərbi müdaxilə ilə vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Bazumla əlaqə saxladıqlarını da qeyd edib.
Bazumun demokratik legitimliyə malik olduğunu müdafiə edən Lekornu Nigerdə konstitusiya quruluşuna qayıtmağın tərəfdarı olduqlarını bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net