Rusiya Odessa vilayətində limanı vurub (YENİLƏNİB)
Rusiyanın gecə saatlarında Ukraynanın Odessa vilayətindəki liman infrastrukturuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Odessa vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper sosial media hesabında məlumat verib.
Məlumata görə, Rusiya ordusu gecə saatlarında Odessa vilayətinin cənubundakı mülki infrastruktura 3 saat 30 dəqiqə ərzində hücum edib.
Kiper Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən bölgədə Rusiyaya məxsus 22 PUA-nın məhv edildiyini bildirib: "Limanın infrastrukturuna da zərbə endirilib. Limanın 2 mülki işçisi yaralanaraq xəstəxanaya aparılıb".
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada isə gecə saatlarında Odessa bölgəsinə edilən hücumda Rusiyanın 25 PUA-dan istifadə etdiyi bildirilib.