Macarıstan: Rusiyanın təhlükəsizliyinə zəmanət verilməlidir
"Macarıstan hökuməti hesab edir ki, Ukrayna münaqişəsini həll etmək üçün Qərb dövlətləri Rusiyaya təhlükəsizlik zəmanəti verməli və Ukraynanı NATO-ya qəbul etməməlidirlər".
"Operativ Media" xəbər verir ki, bunu Macarıstan Baş Nazirlik Aparatının rəhbəri Qerqeli Qulyas deyib.
"Ukraynanı dəstəkləyən Qərb dünyası Rusiyaya təhlükəsizlik zəmanəti verməlidir, lakin heç bir halda Ukraynanı NATO üzvlüyünə qəbul etməməlidir", - Qulyas qeyd edib.
O bildirib ki, sülh danışıqları yalnız ABŞ-nin Rusiya və Ukrayna ilə birlikdə hərəkət edəcəyi təqdirdə effektiv ola bilər.