Rusiyanın qəzaya uğrayan kosmik gəmisi Aya ziyan vurub
1 dəq oxu
Rusiyanın Ayda uğursuz səfərinin səbəb olduğu dağıntılar məlum olub.
"Operativ Media" xəbər verir ki, Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) paylaşdığı görüntülərdə "Luna-25"in Aydakı qəzası nəticəsində yaranan dağıntı üzə çıxıb.
NASA-nın əldə etdiyi görüntülərdə kosmik gəminin qəzaya uğramasından sonra 10 metr enində kraterin əmələ gəldiyi görülür.
NASA-nın açıqlamasında deyilir: "Yeni krater aşkar edilib. Onun diametrinin 10 metr olduğu görünür. Rusiyanın uğursuz cəhdinin buna səbəb olduğu düşünülür, çünki yeni krater "Luna-25"in qəzaya uğradığı yerə yaxındır".
Qeyd edək ki, Rusiya 47 il sonra Aya "Luna-25" adlı kosmik gəmi göndərib, lakin avqustun 19-da peyk nəzarətdən çıxıb və Aya çırpılıb.
Sorğu