Ana səhifə / Dünya / Ərdoğan Putinlə görüşmək üçün sabah Soçiyə səfər edəcək Ərdoğan Putinlə görüşmək üçün sabah Soçiyə səfər edəcək 03.09.2023, 12:18 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Soçiyə gedəcək. "Operativ Media" xəbər verir ki, Türkiyə liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə həm ikitərəfli, həm də regional məsələlər müzakirə ediləcək. Taxıl Dəhlizi görüşün əsas müzakirə mövzusu olacaq. Dünyanın maraqla gözlədiyi görüşdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq. Ərdoğan və Putin həmçinin, Suriya və Ukraynanı və digər regional hadisələri də dəyərləndirəcəklər. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxarılacağı gözlənilir. Teqlər: "\u018frdo\u011fan Putinl\u0259 g\u00f6r\u00fc\u015fm\u0259k \u00fc\u00e7\u00fcn sabah So\u00e7iy\u0259 s\u0259f\u0259r ed\u0259c\u0259k"