Medvedev: Yaponiya Rusiya ilə qarşıdurmaya çəkilir
"Yaponiya getdikcə Ukraynaya daha çox hərbi dəstək verir, beləcə Rusiya ilə qarşıdurmaya çəkilir".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev deyib.
"Yaponiyanın Kiyev rejiminə getdikcə daha çox kömək etməsi və hərbi qarşıdurmaya cəlb edilməsi pisdir. Mən Yaponiya rəhbərliyinə müraciət edirəm", - o söyləyib.
Eyni zamanda Medvedev bəyan edib ki, Rusiya "Ukraynada başını qaldıran nasizm"lə mübarizəni davam etdirir: "Üstəlik, nasizm Böyük Vətən Müharibəsi illərində bizim müttəfiqimiz olan Qərb kuratorlarının dəstəyi ilə baş qaldırır".
Teqlər:
"Medvedev: Yaponiya Rusiya il\u0259 qar\u015f\u0131durmaya \u00e7\u0259kilir"